“Internet.org” layihəsi istifadəçilərinin sayı 100 milyona yaxınlaşır
“Facebook” şirkətinin inkişaf etməkdə olan ölkələrin internetə çıxış imkanının təmin edilməsi məqsədilə istifadəyə verdiyi “Internet.org” layihəsi hazırda təxminən 100 milyon nəfəri əhatə edir. Bu barədə şirkət rəhbəri Mark Sukerberq cari ilin birinci rübünün yekunlarına həsr edilən konfransa zəng zamanı bildirib. 2016-cı ilin noyabrında bu rəqəm 40 milyon təşkil edib.
“ICTnews” Elektron Xəbər Xidməti “Searchengines” resursuna istinadən yazır ki, layihə çərçivəsində “Facebook” əksər populyar sayt və servislərə, eləcə də “Express Wi-Fi” internet çıxış nöqtələrinə pulsuz çıxış imkanı yaradan “Free Basics” əlavəsindən istifadə edir. Hazırda şirkət tərəfindən günəş enerjisi ilə işləyən və planetin ucqar guşələrində internetin paylanması üçün istifadəsi planlaşdırılan “Aquila” pilotsuz uçan aparatının sınaqları keçirilir. Bundan başqa, “Facebook” mobil şəbəkənin mövcud olmadığı regionlarda internet bağlantısının təmini üçün lazer və peyklərin eksperimentini aparır.
“İnkişaf etməkdə olan ölkələrdə insanların internetə və biliklər iqtisadiyyatına qoşulması üçün çoxlu əngəllər var. “Interget.org” bu maneələrin dəf edilməsinə yönələn qlobal tərəfdaşlıqdır. Biz çalışacağıq ki, hazırda internetdən yararlana bilməyən insanları bu imkanla təmin edək”, - daha əvvəl M.Sukerberq qeyd edib.
Şirkət internetə çıxış imkanlarını artırmaq üçün infrastruktur həllərə orta hesabla 1 milyard dollar xərcləyib və gələcəkdə daha çox vəsait sərf etməyi nəzərdə tutur. Layihənin ilkin məqsədi 5-10 il ərzində mobil internet xidmətlərinə görə xərcləri hazırkı dəyərindən 1 faiz azaltmaqdır.
Xatırladaq ki, 2013-cü ildə istifadəyə verilən “Internet.org” layihəsi bu gün 11 dövlətdə - Qvatemala, Kolumbiya, Qana, Zambiya, Tanzaniya, Keniya, Hindistan, Banqladeş, İndoneziya, Filippin və Malaviyada istifadəyə verilib. Təşəbbüs sayəsində ilk dəfə internetdən istifadə edənlərin sayı doqquz milyondan çox qiymətləndirilir, pulsuz olan xidmətlərin sayı isə yüzü ötüb.
Layihədə “Samsung Electronics”, “Qualcomm”, “Ericsson”, “Nokia”, “MediaTek” və “Opera Software” şirkətləri də iştirak edir və beləliklə, təşəbbüsü bazarın müxtəlif seqmentinin şirkətləri dəstəkləyir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL