waplog

“Ağıllı” divar hazırlanıb


Karneqi Mellon Universiteti və “Disney Research”in alimləri tərəfindən yaradılmış interaktiv divar istifadəçilərin qarşısında yeni imkanlar açır. Belə divar elektrik açarlarını istənilən rahat yerdə yerləşdirməyə, jestlərin köməyi ilə videooyunları idarə etməyə, televizorun qoşulması zamanı işıqlanma dərəcəsinin səviyyəsini tənzimləməyə imkan verir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “naukatv.ru” saytına istinadən yazır ki, alimlər divarın səthində elektrodlar yaratmaq üçün ucuz elektrik keçirici boyadan istifadə ediblər. Boya divara tor şəklində vurulduqdan sonra elektrodlar sensor lövhə ilə birləşdirilib və üzəri lateks boya ilə örtülüb. Elektrod divar iki rejimdə işləyə bilir: insanın toxunuşlarına reaksiya verən sensor panel kimi və elektron qurğuların siqnallarını qəbul edərək sistemə onların tipi və olduğu yeri müəyyənləşdirməyə imkan verən elektromaqnit datçik kimi. 

 
Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL