waplog

Üçölçülü printerdə 48 saata ev çap edilib


İtaliya arxitektorları robot vasitəsilə üçölçülü printerdə 48 saata ev çap ediblər. Xüsusi robot çap üçün tez quruyan beton məhlulundan istifadə edib. Mütəxəssislərin sözlərinə görə, bina unikaldır, çünki onu sökərək yenidən başqa yerdə tikmək mümkündür.    
 
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, sahəsi 100 kvadratmetr təşkil edən birmərtəbəli ev bükük formalı divarlara, qonaq, yataq, hamam otaqlarına və mətbəxə malikdir. Arxitektorlar evin tikintisi üçün tələb olunan məbləği açıqlamasalar da, gələcəkdə belə evləri Ayda məskunlaşma zamanı çap etməyin mümkün olacağını bildirirlər.
 
Məlumata görə, robot səyyar mexaniki meydançaya quraşdırılan “3D” printerdir. Tez quruyan divarlar 24 saata quraşdırılır və bərkidilir. Bu, ənənəvi beton divarlardan daha tezdir. Ev hər biri 60-90 dəqiqə ərzində çap edilən 35 moduldan ibarətdir. Elektrik və interyer əşyaları inşaatçılar tərəfindən sonradan əlavə edilib. Aparıcı arxitektor Massimiliano Lokatelli qeyd edib ki, belə tikinti az tullantı yaradır, bütün materialları isə emal edərək təkrar istifadə etmək mümkündür.
 
Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL