waplog

“Facebook”un virtual reallıq eynəyi satışa çıxarılıb


Mayın 1-dən etibarən “Facebook” şirkəti tərəfindən hazırlanmış “Oculus Go” virtual reallıq eynəyi satışa çıxarılıb. Bu haqda San-Xosedə keçirilmiş “F8” konfransında Mark Sukerberq özü məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “yugopolis.ru” saytına istinadən yazır ki, "Oculus Go artıq sifariş üçün əlçatandır. Bu, başqa qurğuların qoşulmasını tələb etməyən ilk əlçatan virtual reallıq eynəyidir" – Sukerberq deyib.

“Oculus Go” eynəyinin xüsusiyyətlərindən biri fərdi kompüter və ya naqillərdən istifadə etmədən virtual reallıqdan istifadə etmək imkanıdır.

Sukerberq, həmçinin bildirib ki, “Facebook” yaxın gələcəkdə virtual və artırılmış reallıq texnologiyalarını yeni səviyyəyə çıxartmaq niyyətindədir.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL