waplog

BƏƏ-də “Skype” üzərindən zənglərə qoyulmuş qadağa ləğv ediləcək


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hökuməti “Skype” və “FaceTime” ilə ödənişsiz zənglərə qoyulmuş qadağanın aradan qaldırılması ilə bağlı danışıqlar aparır. Bu haqda “Arabian Business” nəşri yazıb.

“ICTnews” Elektron Xəbər Xidməti “gazeta.ru” saytına istinadən yazır ki, nəşrin məlumatına görə, videorabitə üçün pulsuz proqramların bloklanması ilə əlaqədar BƏƏ-nin telekommunikasiya provayderləri istifadəçilərə öz pullu proqramlarını təklif edirlər.

Ancaq “Microsoft” korporasiyası BƏƏ-də bir neçə məlumatların işlənməsi mərkəzini işə salıb ki, onlar da bütün Yaxın Şərqi əhatə edir.

Hazırda ölkə hökuməti “Microsoft” və “Apple” şirkətləri ilə bu məsələ ilə əlaqədar danışıqlar aparır.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL