waplog

Robotlar üçün yumşaq əl hazırlanıb


“Disney Research”in mühəndisləri robot və insan arasında fiziki əlaqə yaratmaq üçün yumşaq avtomatlaşdırılmış əl hazırlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “naukatv.ru” saytına istinadən yazır ki, əlin mexaniki hissəsi standart konstruksiyaya malikdir. Dirsək və biləkdən ibarət olan əlin hərəkətləri robot üçün tamamilə adidir. Amma robotun əl mexanizmi hava ilə doldurulan korpus və barmaq oynaqları xüsusi hava döşəkcələri ilə təchiz edilib. Hava ilə doldurulan hər bir barmaqda qurulmuş təzyiq datçikləri robota əşyanı tutma və sıxma gücünü müəyyənləşdirməyə imkan verir. Robot sıxma gücünü tənzimləyə biləcək ki, bu da təbii taktil təsirə uyğundur: belə robotu qorxmadan qucaqlamaq olacaq.

Əl mexanizmi hələ ki prototip formasındadır və təkmilləşdirməyə ehtiyac var: datçiklər gücün istiqamətini müəyyənləşdirə bilmir, hava döşəkcələrini isə daima hava ilə doldurmaq lazımdır.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL