Yeni robotlar zədələrə müstəqil adaptasiya olunacaq
Ekspertlər robotları zədələrə qarşı daha davamlı etməyə imkan verəcək texnologiya hazırlayıblar. Xüsusi proqram təminatı mexanizmlərə zədələnmədən 2 dəqiqə sonra və ya daha tez bərpa olunmağı öyrətməyə kömək edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, Fransanın Pyer və Mariya Küri Universitetinin və ABŞ-ın Vayominq Universitetinin alimləri proqramın əsası üçün canlı heyvanların davranışından istifadə ediblər. Travma alan heyvan çəkinin ağırlığını sağlam əl-ayağa tərəf yönəltmək üçün axsamağa başlayır. Yaralı heyvanlar yeriməyi sıfırdan öyrənmirlər. İntuisiya onlara zədəni nəzərə alaraq hərəkət üçün bir neçə müxtəlif üsul seçərək sonradan onların arasında ən yaxşısını mənimsəməyə imkan verir.
Məlumata görə, yeni robotlar da eyni şeyi edəcəklər. Zədələnmə zamanı mexanizm müxtəlif hərəkət formalarını sınaqdan keçirərək işləməyənləri nəzərə almayacaq. Mahiyyət etibarilə robot müxtəlif hərəkət dəsti yığa və travma (məsələn, əl-ayağın sınması və ya itirilməsi) zamanı bədənin hansı hissəsinin daha etibarlı olacağını hesablaya biləcək.
Mütəxəssislər ümid edir ki, təlim alqoritmləri insan müdaxiləsi olmadan işləyə biləcək daha effektiv və avtonom robotlar yaratmağa imkan verəcək. Belə robotlar hətta kritik və ekstremal vəziyyətlərdə uzun müddət işləyə biləcəklər.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL