“Acer” şirkəti iki rübdür ki zərərə məruz qalır
Tayvanın kompyuter istehsalçısı “Acer” cari ilin üçüncü rübünün nəticəsinə əsasən zərərə məruz qalması haqqında məlumat verib. Şirkətdən təsdiqləyiblər ki, bazarda fərdi kompyuter satışları aşağı düşür.
Keçən rüb də şirkət zərərə məruz qalmışdı. “Acer” şirkətinin məlumatına əsasən, cari ilin üçüncü rübündə xalis zərər 1,1 milyard Yeni Tayvan dolları (36 milyon dollar) təşkil edib. Qeyd edək ki, ikinci rübdə zərər 6,7 milyard Tayvan dolları məbləğində olub.
Əvvəllər “Acer” fərdi kompyuter istehsalçılarının reytinqində üçüncü yeri tuturdu, hal-hazırda isə istehsalçı dördüncü mövqedə yerləşib. “İDC” analitik şirkəti qeyd edib ki, hazırda “Acer” şirkətinin mövqeyi fərdi kompyuter bazarı ilə müqayisədə daha sürətlə zəifləyir.
Ekspertlər yaranmış vəziyyətin səbəbini “Acer” şirkətinin biznes-seqmentə deyil, istifadəçilərə doğru istiqamətlənməsində görür.
İndi şirkət gəlirinin əhəmiyyətli hissəsi noutbuk satışlarından əldə edilir. Lakin “Acer” rəhbərliyi bildirib ki, bu ilin sonuna internet planşetlər şirkətin gəlirində əhəmiyyətli paya malik olacaq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL