waplog

Planşetlərin tədarükü 11,7 faiz azalıb


2018-ci ilin birinci rübündə dünyada 31,7 milyon planşet tədarük edilib. Bu, bir il əvvəldən 11,7 faiz azdır. Bu barədə “IDC” analitik şirkətinin hesabatında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, analitiklərin sözlərinə görə, bazarın ümumi həcminin azalmasına baxmayaraq artımın müşahidə edildiyi seqmenti qeyd etmək lazımdır. Bu, “Microsoft Surface” və “iPad Pro” kimi qoşulan klaviaturaya malik planşetlərdir. Onların tədarükü il ərzində 2,9 faiz artıb. Belə qurğuların payı artıq 15,3 faizə çatıb. Adi planşetlərin tədarük həcmi 13,9 faiz - 26,8 milyon ədədədək azalıb.
 
Analitiklər diqqəti platformalar bazarına yeni oyunçunun daxil olmasına yönəldiblər. Bu, “Google” şirkətinin “Chrome OS” əməliyyat sistemidir. “Google” şirkəti tərəfindən daha sərt nəzarətin “Chrome OS” sisteminin qoşulan klaviaturaya malik planşetlər seqmentində “Android” üzərində üstünlüyünü təmin edəcəyi gözlənilir. Çünki istehsalçılar aparat vasitələrinin və əlavə servislərin hazırlanmasına daha çox diqqət yetirərək smartfonlarda əməliyyat sistemləri üçün yerin ayrılmasına sərf edilən resursları boşalda biləcəklər.
 
Hesabata görə, bazarın lideri il ərzində payı 24,9 faizdən 28,8 faizə yüksələn “Apple” şirkəti olaraq qalır. İkinci yerdə “Samsung” şirkəti qərarlaşıb. Cənubi Koreya istehsalçısının payı bir il əvvəl olduğu kimi 16,7 faizə bərabərdir. Üçüncü pillədə yer alan “Huawei” şirkətinin payı il ərzində 7,8 faizdən 10 faizədək artıb. Dördünü mövqedə qərarlaşan “Lenovo” şirkəti də payını artırmağa (5,8 faizdən 6,6 faizədək) nail olub. İlk beşliyi il ərzində payı 6 faizdən 3,5 faizədək azalan “Amazon.com” şirkəti tamamlayıb.
 
Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL