waplog

“Galaxy S9” smartfonunda zənglərlə bağlı problem aradan qaldırılıb


Cənubi Koreyanın elektronika nəhəngi çağırış zamanı maneələrlə bağlı istifadəçilərin şikayətinə reaksiya verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “Samsung”un proqramçıları “Galaxy S9” və “S9+” qabaqcıl smartfonlarında zənglərlə bağlı səhvi aradan qaldırıblar.
 
Şirkət nasazlıqların aradan qaldırılması üçün ayrıca yeniləmə çıxarıb. Bundan əvvəl bir sıra istifadəçilər rabitə ilə bağlı problemlərdən şikayət edib. Danışığın ilk 20 saniyəsində səsin kəsilməsi ən çox şikayət edilən problem olub.
 
İsraildən daha çox şikayət edilib. “Samsung”un rəsmisi iddia edir ki, yeniləmə problemi aradan qaldıracaq.
 
Hər bir ölkədə yeniləmənin çıxarılış tarixi dəqiq məlum deyil.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL