waplog

“Windows 10” sistemli qurğuların sayı 700 milyonu ötüb


"Microsoft" korporasiyasının nümayəndələri "Build 2018" konfransında "Windows 10" əməliyyat sistemi istifadəçilərinin sayı barədə məlumat veriblər. 2015-ci ildə korporasiya 2018-ci ildə bu göstəricinin 1 milyard qurğu təşkil edəcəyini gözləsə də, mobil bazarda uğursuzluğa görə buna nail olmaq mümkün olmayıb.    
 
"ICTnews" Elektron Xəbər Xidməti "IGate" resursuna istinadən yazır ki, bununla belə, hazırda "Windows 10" əməliyyat sisteminin idarəetməsi ilə işləyən kompüter və digər qurğuların sayı 700 milyonu üstələyir ki, bu da yaxşı göstərici hesab olunur.
 
Bundan başqa, ödənişli "Office 365" ofis əlavələr paketi istifadəçilərinin sayı 135 milyon nəfərə çatıb. 2017-ci ilin oktyabrında bu göstərici 120 milyon təşkil edib.
 
"Statcounter" şirkətinin məlumatına görə, hazırda "Windows" dünya masaüstü əməliyyat sistemləri bazarında 80 faiz paya sahibdir.  "Windows 10" 2017-ci ilin dekabrından "Microsoft" sistemləri arasında ən populyar əməliyyat sistemidir.
 
Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL