Üçölçülü printerdə insan dərisi çap edilib
Kanada həkimləri insan dərisinin bərpası üçün nəzərdə tutulan portativ üçölçülü printer təqdim ediblər. Qurğunun fərqli cəhəti onun bir neçə dəqiqə ərzində dəri qatını bərpa edə bilməsindədir.
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, Toronto Universitetinin əməkdaşları tərəfindən hazırlanan qurğu “U of T bioprinte” adlanır və kompakt ölçülərə malikdir, eləcə də yanıq yarasını bir neçə dəqiqəyə sağaltmağa imkan verir. Printerə bədənin yaralı yerlərinə sürtməyə imkan verən və süni dəri parçalarına çevrilən biomaterial yüklənir. Bir müddət sonra dəri adaptasiya olunur və yaralar yoxa çıxır. Mütəxəssislər bildirib ki, “U of T bioprinter” printeri həkimlərin dəri donorlarına ehtiyacını aradan qaldıracaq.
Aspirant və layihə iştirakçısı Navid Hakiminin sözlərinə görə, printeri müxtəlif yanıq dərəcələrinə uyğun sazlamaq mümkündür. Alimlər qrupu qurğunu laboratoriya donuzları üzərində tətbiq edərək onun uğurlu sınaqlarını keçirib. Gələcəkdə alimlər qurğunu insanlar üzərində sınaqdan keçirərək daha çox süni dəri parçaları istehsal etməyi planlaşdırırlar.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL