Mürəkkəb və qızıldan ibarət süni tor qişası görmə qabiliyyətinin bərpasına kömək edəcək
Mütəxəssislərin yeni tədqiqatı orqanik mürəkkəb və qızıldan ibarət süni tor qişasının əksər gözdən əlil insanların görmə qabiliyyətinin bərpasını nəzərdə tutur.
"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv" resursuna istinadən yazır ki, texnologiya boya, kosmetika və tatuirovkaların hazırlanması zamanı istifadə edilən nazik üzvi kristal piqment qatından ibarətdir. Piqment hissəcikləri müəyyən həndəsi ardıcıllıqla yerləşən zaman maddə kristalları işığı uda və onu gözün torlu qişasının işığa həssas hüceyrələri kimi dəyişdirə bilər. Belə materiallar əsasında süni torlu qişa piqment tor qişa iltihabı, sarı ləkənin qocalıq degenerasiyası kimi milyonlarla xəstənin görmə qabiliyyətini bərpa edir.
Məlumata görə, belə xəstəliklər vaxtı fotoreseptorların fəaliyyəti dayansa da, elektrik siqnalları emal edərək onları beyinə ötürən hüceyrələr qalır. İsveçin Linçepinq Universitetinin tədqiqatçısı Erik Qlovaski fotoreseptorları ötürərək birbaşa neyronları stimullaşdırmağı təklif edir. Süni torlu qişa simsiz texnologiya olması və silisium əsasında material əvəzinə üzvi birləşmələrdən istifadəyə görə fərqlənir ki, bu da onun orqanizmdən ayrılma riskini azaldır.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL