“Google Photos” servisi köhnə şəkilləri rəngləməyi öyrənib
“Google” şirkəti 8-10 may tarixlərində Mauntin-Vyu şəhərində keçirilən “Google I/O 2018” konfransında “Google Photos” servisi üçün öz yeniliklərini təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, ən maraqlı yeniliklərdən biri süni intellekt sisteminin köməyi ilə köhnə ağ-qara şəkillərin rənglənməsidir. İstifadəçi köhnə şəkli öz smartfonu ilə çəkməli olacaq, bundan sonra “Google Photos” servisi onu təhlil edərək şəklin rəngli variantını təklif edəcək.
Başqa yeniliklər arasında şəkildəki obyektlərin bölünməsi, sənədlərin təsvirinin tanınması və onların avtomatik PDF fayla konvertasiyası üçün süni intellektdən istifadəni qeyd etmək olar.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL