Alimlər saxta səsləri müəyyənləşdirən sistem yaradıblar
Altay Dövlət Universitetinin gənc alimləri səs yazısında mümkün dəyişikliyi müəyyənləşdirən sistem hazırlayıblar. Universitetin mətbuat xidmətindən bildirilib ki, layihə kimliyin identifikasiyasını səsli biometrik məlumatlar üzrə müəyyənləşdirən yerlərdə faydalı ola bilər.
“ICTnews” Elektron Xəbər Xidməti “news.rambler.ru” saytına istinadən yazır ki, sistem saxta səsləri müəyyənləşdirmək qabiliyyətinə malikdir. Tərtibatçılar komandası sözügedən sistem üzərində 2,5 il çalışıblar. Alimlərin iddiasına görə, onlar yüksək nəticələr əldə etməyə nail olublar. Məsələn, onlar son nailiyyət kimi saxta səsləri aşkar edə bilən analitik modulların yaradılmasını qeyd edirlər.
Alimlərin yeni həlli ilk növbədə fırıldaqçılıqla mübarizə üçün nəzərdə tutulub. Məsələn, bank sistemində sözügedən sistemdən istifadə etmək olar.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL