Yerli bank müasir texnologiya tətbiq edir
"AtaBank" plastik kart sahiblərinə yeni "PİN Change" xidmətini göstərməyə başlayıb. Bu xidmət müştərilərə öz standart PİN kodlarını yeni və daha yadda qalan koda dəyişdirməsinə imkan verir.
Belə ki, kart dəyişdirildikdə və ya bir neçə kartın sahibi olduqda bütün PİN kodları yadda saxlamaq çətinlik yaradır. "PİN Change" xidməti məhz belə kateqoriya müştərilər üçün yaradılmışdır.
Yeni xidmət istənilən dördrəqəmli kodu fikirləşib karta tətbiq etməyə imkan verir. Müştəri kodu "AtaBank"ın bankomatlarında və ya "Mobile-banking", "E-card" xidmətləri vasitəsilə günün istənilən vaxtı dəyişdirə bilər.
Xidmət bankın emissiya etdiyi bütün kartlara şamil edilir. PİN kodu dəyişmək üçün bankomatda aşağıdakı əməliyyatları həyata keçirmək lazımdır: "Xidmətlər" - "PİN Change" və yeni PİN kodu yığmaq lazımdır.
Qeyd edək ki, "AtaBank" “Visa İnternational” ödəniş sistemi ilə 2004-cü ildən əməkdaşlıq edir və bu müddət ərzində müştərilərinin rahatlığı üçün bazara bir sıra yeni məhsul və xidmətlər çıxarmışdır.
Onlardan "SMS-banking", "Mobile-banking", "E-card", "SMS-notification", "Card to card money transfer" xidmətlərini göstərmək olar.
Bank həmçinin, özünün fərdi dizaynlı “Visa Electron Solo” və “Visa Classic Solo” kartlarının buraxılışı üzrə layihəni uğurla həyata keçirir. 2010-cu ildə bank MDB-də ilk dəfə olaraq “Visa Electron Vertical” şaquli kartını buraxmışdır. 2011-ci ilin əvvəlindən isə bank “Visa Electron Aroma Lemon” və “Visa Classic Aroma Coffee” kartlarını bazara təqdim etmişdir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL