“Apple” şirkəti sentyabrda ikinci nəsil “iPhone SE” smartfonunu təqdim edəcək
ABŞ-ın “Apple” korporasiyasının məlumatına görə, bu ilin sentyabrında ikinci nəsil yeni “iPhone SE” smartfonu təqdim ediləcək.
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, yeni smartfonun texniki xüsusiyyətləri haqda məlumat yoxdur. Ancaq mənbənin məlumatına görə, cihazın ölçüləri əvvəlki kimi qalacaq, hərçənd displey çərçivəsiz olacaq.
Bundan başqa, yeni smartfon sifətin tanınması funksiyası və “TrueDepth” texnologiyası ilə təchiz ediləcək. Ehtimal ki, smartfonun arxa paneli şüşədən olacaq ki, bu da simsiz enerji doldurma texnologiyasından istifadəyə imkan verəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL