waplog

Tam çərçivəsiz “Lenovo” smartfonu buraxılacaq


Çinin “Lenovo” şirkəti tam çərçivəsiz qurğu buraxmaqla smartfonlar bazarında inqilab etmək niyyətindədir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, belə ki, ötən həftə şirkət rəhbəri Çan Çen sosial şəbəkələrdə gələcək “Lenovo” smartfonunun fraqmentini nümayiş etdirən şəklini dərc edib. Onun sözlərinə görə, növbəti qurğu ön panelin 95 faizini əhatə edən ekranla təchiz olunacaq - indiyədək heç bir istehsalçı tərəfindən belə smartfon buraxılmayıb. “Qurğuda 18 patentləşdirilmiş texnologiya və 4 texnoloji nailiyyət tətbiq ediləcək”, - şirkət rəhbəri qeyd edib.
 
İnsayderlərin fikrincə, ön kamera və biometrik ötürücülər displeyin altında yerləşəcək. İnnovativ smartfonun təqdimat tarixi barədə məlumat verilməsə də, onun artıq bu il nümayiş ediləcəyi ehtimal olunur.
 
Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL