waplog

“KOMİS” sisteminə qoşulan poçt şöbələrinin sayı artır


“Azərbaycanın bütün poçt şöbələrinin kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə(KOMİS) qoşulması üçün heç bir problem yoxdur”.

Bu barədə “ictnews”-a açıqlama verən Mərkəzi Bankın İdarə heyətinin sədr müavini Alim Quliyev bildirdi ki, Azərbaycan Mərkəzi Bankı (AMB) il ərzində “KOMİS” sisteminə "Azərpoçt" poçt operatorunun şöbələrinin hər birini qoşmağı planlaşdırır.

Bunun üçün infrastrukturun qurulduğunu bildirən sədr müavini bu günə qədər sistemə poçt operatorunun bütün filiallarının qoşulduğunu və hər bir məntəqədə ödəniş etməyin mümkün olduğunu bildirdi.

Qeyd edək ki, “KOMİS” sisteminə 37 Azərbaycan bankının maliyyə xidmətlərinin göstərilməsi üzrə 745 nöqtəsi qoşulub. Sistemə kommunal xidmətlər sahəsində fəaliyyət göstərən aparıcı təşkilatlar - "Bakıelektrikşəbəkə", "Azəriqaz" İB, "Azərsu", "Azərenerji", "Sumqayıtelektrikşəbəkə" qoşulub. Xatırladaq ki, “KOMİS” 2008-ci ildə Mərkəzi Bank tərəfindən “CheckFree i-Series” informasiya sisteminin bazasında yaradılıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL