Dron və süni intellekt meşədə ağac növlərini müəyyənləşdirməyə kömək edib
Yaponiya tədqiqatçıları Kioto şəhəri yaxınlığında meşədə müxtəlif növ ağacların avtomatik müəyyənləşdirilməsi üçün pilotsuz uçan aparat və süni intellekt texnologiyasından istifadə ediblər.
“ICTnews” Elektron Xəbər Xidməti “Popmech” resursuna istinadən yazır ki, mütəxəssislər tərəfindən meşədə 7 müxtəlif ağac növünün avtomatik identifikasiyası üçün adi dron və xüsusi proqram təminatından istifadə olunması nəticəsində ağac növlərini 89 faiz dəqiqliklə müəyyənləşdirmək mümkün olub. Bu halda ən vacib məsələ odur ki, belə nəticəyə nail olmaq üçün multispektral kameralar kimi bahalı avadanlıq tətbiq edilməyib.
Məlumata görə, Kioto Universitetinin tədqiqatçıları kamera ilə təchiz edilən “DJI Phantom 4” pilotsuz uçan aparatından yararlanıblar. Aparat Kioto yaxınlığında sahəsi 47 hektar təşkil edən meşə üzərində 80 metr hündürlükdə uçaraq şəkillər çəkib. Bundan sonra mütəxəssislər fotoşəkillərdən ortoqrafik proyeksiya yaradıblar; onun üzərində yalnız ağac çətirləri saxlanıldıqdan sonra növlərin müəyyənləşdirilməsi üçün alqoritmdən istifadə olunub.
Bildirilir ki, proqram təminatı ümumilikdə 7 obyekt sinfini – 6 müxtəlif ağac növünü (bir sinfə iki müxtəlif şam ağacı daxil olub) və digər qalan obyektləri (ağaclar arasında torpağın və ya süni strukturların, məsələn, binaların daxil olduğu ayrıca sinif) müəyyənləşdirilib. Nəticədə neyron şəbəkəsi ağac növlərini 89 faiz dəqiqliklə identifikasiya edib.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL