Elektromobillərin satışı 59 faiz artıb
Bu ilin birinci rübündə dünyada elektriklə işləyən 312 400 avtomobil satılıb. Bu, ötən ilin analoji dövründən 59 faiz çoxdur. Bu barədə “ev-volumes.com” resursunda dərc edilən məlumatlarda deyilir. Statistikada qlobal minik avtomobillərinin və plagin-hibridlərin, eləcə də ABŞ, Kanada, Avropa və Çində kommersiya elektromobillərinin satışı nəzərə alınıb.
“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, 2018-ci ilin yanvar-martında elektrikə qoşulan hibridlərin populyarlığı 69 faiz, elektromobillərin isə 52 faiz artıb. Bundan başqa, üç ay ərzində 1076 yanacaq elementli elektromobil satılıb – hidrogenlə işləyən avtomobillərin sayı az olsa da, onlar ötən illə müqayisədə 34 faiz artım nümayiş etdirib. Birinci rübdə ən çox satılan yeni “Nissan Leaf” 22 min tədarük edilən avtomobillə birinci olub. Çoxdan gözlənilən “Tesla Model 3” isə 8 min ədəd satılan avtomobillə reytinqdə 10-cu yeri tutub.
Hesabat dövründə daha çox sürətli artım Çin (+113 faiz), Kanada (+114 faiz), Niderland (+122 faiz), Cənubi Koreya (+138 faiz), İspaniya (+118 faiz), Finlandiya (+144 faiz) və Avstraliya (+132 faiz) elektromobil bazarlarında qeydə alınıb. Elektromobillərin konkret bazarların ümumi həcmində payına gəldikdə, ənənəvi lider Norveç olaraq qalır. Ölkədə satılan yeni maşınların 46 faizini elektromobillər təşkil edib. Bu göstərici üzrə ikinci yerdə İslandiya (26 faiz), üçüncüdə İsveç (7 faiz) qərarlaşıb. Daha böyük dövlətlərdə elektromobillərin bazar payı 2,5 faizə bərabər olub.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL