waplog

Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq


“Azərbaycanın bütün poçt şöbələrinin kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə(KOMİS) qoşulması üçün heç bir problem yoxdur”. Bu barədə ICTnews-ə açıqlama verən Mərkəzi Bankın idarə heyətinin müavini Alim Quliyev bildirib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) il ərzində KOMİS () sisteminə "Azərpoçt" poçt operatorunun 1600 bölməsinin hər birini qoşmağı planlaşdırır. Bunun üçün infrastrukturun qurulduğunu bildirən sədr müavini bu günə qədər sistemə poçt operatorunun 600-ə yaxın şöbəsinin qoşulduğunu və hər bir məntəqədə ödəniş etməyin mümkün olduğunu bildirib.
Qeyd edək ki, KOMİS sisteminə 37 Azərbaycan bankının maliyyə xidmətlərinin göstərilməsi üzrə 726 nöqtəsi qoşulub. Sistemə kommunal xidmətlər sahəsində fəaliyyət göstərən aparıcı təşkilatlar - "Bakıelektrikşəbəkə", "Azəriqaz" İB, "Azərsu", "Azərenerji", "Sumqayıtelektrikşəbəkə" daxildir.
Xatırladaq ki, KOMİS 2008-ci ildə Mərkəzi Bank tərəfindən “CheckFree i-Series” informasiya sisteminin bazasında yaradılıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL