“Facebook” səsli paylaşım funksiyasını istifadəyə verməyə hazırlaşır
“Facebook” sosial şəbəkəsi səsli paylaşım funksiyasını istifadəyə verib: indi istifadəçilər tərəfindən yazılacaq səsli mesajlar rəngli fonda səsləndiriləcək.
“ICTnews” Elektron Xəbər Xidməti “yugopolis.ru” saytına istinadən yazır ki, istifadəçilər mesajın fonuna adi şəkillərin dərcində olduğu kimi, stiker, smaylik və şəkillər əlavə edə bilərlər. Bu funksiya ilk əvvəl Hindistan sakinləri üçün əlçatan olacaq, sonra başqa ölkələrin istifadəçiləri də sözügedən funksiyadan yararlana biləcəklər.
Proqramçılar istifadəçinin mətni yığmağa vaxtı olmadıqda bu funksiyanın faydalı ola biləcəyi qənaətindədir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL