waplog

Dronlar suda batanları xilas edəcək


Almaniyanın Baltik dənizi sahilində çimərlik mövsümü ilə əlaqədar suda batan insanların xilası üçün pilotsuz uçan aparatlardan istifadəyə başlanılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, saatda 85 km sürətlə hərəkət edən dronların göyərtəsində su ilə toxunuşda avtomatik hava ilə doldurulan xilasedici yastıqlar quraşdırılıb.

Almaniya Qırmızı Xaç Cəmiyyətinin xilasedicisi Tomas Povasseratın sözlərinə görə, dronlar xilasediciləri əvəz etmir, onların funksiyalarını tamamlayır. “Onlar qısa zamanda yardıma ehtiyacı olan insana yaxınlaşaraq ona xilasedici kater gələnədək suda qalmağa kömək edirlər”, - bildirib.

Xilasetmə dronları Fransanın “Drone Helper” şirkəti tərəfindən hazırlanıb. İlk dəfə belə uçuş aparatları 2017-ci ilin avqustunda təqdim edilib.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL