waplog

Növbəti nəsil “iPhone” smartfonları üçün prosessorların istehsalına başlanılıb


Tayvanın “TSMC” şirkəti “Apple” istehsalçısının payızda təqdim edəcəyi növbəti nəsil “iPhone” smartfonları üçün prosessorların seriyalı buraxılışına başlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, ABŞ şirkətinin “A12” adlandıracağı gözlənilən prosessor 7 nanometrlik texnoloji prosesdən istifadə edən çip üzərində ilk mobil sistem olacaq. Hazırda ən qabaqcıl çiplər, o cümlədən “iPhone X” və “iPhone 8” modellərində “Apple A11”, eləcə də “Qualcomm Snapdragon 845” 10 nanometrlik texnoloji proses üzrə buraxılır.

Məlumata görə, 7 nanometrlik (göstərici çipin hesablama elementləri arasında məsafəni bildirir) prosessorlar 10 nanometrlik çiplərdən daha effektiv, məhsuldar və kompakt olacaq. Onlarla təchiz edilən smartfonlar eyni məhsuldarlığa malik olmaqla enerji toplamadan daha çox işləyə və az qıza və ya əvvəlki nəsil çiplərin avtonomluğunu və termopaketini saxlamaqla daha güclü olacaqlar.

“TSMC” şirkətinin nümayəndələri qeyd edib ki, yalnız çip üzərində bir neçə mobil sistemlər üçün yararlı olan 10 nanometrlik texnoloji prosesdən fərqli olaraq yeni texnoloji proses mobil “SoC” texnologiyaları ilə yanaşı, müxtəlif təyinatlı çiplər, o cümlədən mərkəzi və qrafik prosessorlar, neyron hesablamalar, avtomobil avadanlığı və kriptovalyuta mayninqi komponentləri üçün istifadə ediləcək.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL