waplog

“Sony” smartfonlar bazarını tərk edə bilər


Yaponiyanın “Sony” şirkəti biznesin yenidən qurulması ilə əlaqədar mobil bölməni bağlaya bilər. Bu barədə şayiələr apreldə şirkətin rəhbəri dəyişdikdən sonra yayılmağa başlayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, məlumata görə, yeni icraçı direktor Keniçiro Yoşida şirkətin strukturunu yenidən təşkil etmək niyyətindədir. Onun sözlərinə görə, “Sony” diqqəti biznesin informasiya dəstəyi, proqram təminatı, abunəlik üzrə xidmətlərlə əlaqədar sahələrə yönəltməlidir. “Bu, artımı stimullaşdıracaq və dəstəkləyəcək”, - icraçı direktor bildirib.
 
Ekspertlərin fikrincə, “Sony” mobil bölməni ixtisar edərək smartfonlar bazarını tərk edə bilər.
 
Bildirilir ki, bunu şirkətin cari maliyyə ilində yarımkeçiricilər biznesinin smartfonlar bazarında azalma fonunda əməliyyat gəlirinin 39 faiz azalması da sübut edir. Şirkətin 22,5 milyon qurğu tədarük etdiyi 2014-cü ildən başlayaraq bu göstərici ildən-ilə azalır və 2018-ci ildə 10 milyon qurğuyadək enəcəyi gözlənilir.  
 
Daha bir yayılan məlumat şirkətin oyun konsollarının istehsalını dayandıracağı ilə əlaqədardır. “Sony” şirkətinin bu bazarı 2020-ci ildə - “PlayStation 4” qurğusunun istismar müddəti başa çatdıqdan sonra tərk edəcəyi ehtimal edilir. Lakin qurğunun satışları stabildir – şirkətin 2011-ci ildən bəri illik satış həcmi 14 milyon ədəd təşkil edir.
 
Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL