Batareya istehsalçısı "əbədi" akkumulyatora malik smartfonlarını təqdim edib
“Energizer” şirkəti yüksək tutumlu batareya ilə təchiz edilmiş bir neçə smartfonunu təqdim edib. “Power Max” istehsal xəttinə məxsus aparatlar hələ cari ilin yanvarında elan edilmişdi.
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “Power Max P600S” modeli 1080x2160 piksel təsvir ölçülü 5,99 düymlük ekran, “P25 MediaTek Helio” çipi, 6 QB-lıq əməli və 64 QB-lıq daxili yaddaşa malikdir. Akkumulyator batareyasının tutumu 4500 milliamper/saat təşkil edir.
“Power Max P550S” aparatı 720x1280 piksel təsvir ölçülü 5,5 düymlük ekran, “MediaTek MT6737” çipi, 2 QB-lıq əməli və 16 QB-lıq daxili yaddaşla təchiz edilib. Akkumulyator batareyasının tutumu 5000 milliamper/saata bərabərdir.
“Power Max” istehsal xəttinin qabaqcıl qurğusu olan “P16K Pro” modeli 1080x2160 piksel təsvir ölçülü 5,99 düymlük displey, “P23 MediaTek Helio” çipi, 6 QB-lıq əməli yaddaş və 128 QB-lıq daşıyıcı ilə təchiz edilib. Aparat 16 və 13 meqapiksellik modullardan ibarət ikiqat əsas kamera, həmçinin 13 və 5 meqapiksellik modullardan ibarət ikiqat ön kameraya malikdir. Bu aparatın əsas özəlliyi 16000 milliamper/saat tutumunda olan akkumulyatora malik olmasıdır. Yeni təqdim edilmiş smartfonların dəyəri hələ ki açıqlanmayıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL