waplog

“Samsung Galaxy Note 9” smartfonunun xüsusiyyətləri məlum olub


Cənubi Koreyanın “Samsung” istehsalçısının növbəti qabaqcıl “Galaxy Note 9” smartfonu 8 giqabaytlıq operativ yaddaş və 512 giqabayt tutumlu quraşdırılmış yaddaşla təchiz ediləcək. Bu barədə “Ice Universe” insayderinin məlumatında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, məlumata görə, “Galaxy Note 9” smartfonu 8 giqabaytlıq maksimum operativ yaddaşa malik olacaq. Bu, hazırda smartfonlarda rast gəlinən maksimal operativ yaddaş tutumudur. 64, 128 və 256 giqabaytlıq yaddaş versiyalarından başqa model 512 giqabaytlıq toplayıcıya malik modifikasiyada buraxılacaq.
 
Bundan əvvəl yayılan şayiələrə görə, yeni model displeyin altına quraşdırılan daktiloskopik sensorla təchiz olunacaq. Lakin bu məlumat ziddiyyətlidir və təsdiqini tapmır.
 
Smartfon 6,4 düym diaqonallı ekran, 4 min və ya 3850 milliamper/saat tutumlu akkumulyatorla təchiz ediləcək. Bu, ötən il təqdim olunan 3300 milliamper/saat tutumlu “Galaxy Note 8” modelinin akkumulyatorundan daha güclüdür. Bundan başqa, yeni qurğunun əsas qoşa kamerasının təkmilləşdiriləcəyi gözlənilir.
 
Bundan əvvəlki məlumatlara görə, “Crown” kod adlı “Samsung Galaxy Note 9” smartfonu qabaqcıl “Galaxy S9” və “Galaxy S9+” modelləri kimi “Infinity Display 2.0” displeyinə malik olacaq. “S-AMOLED” ekran texnologiyasını və 18,5:9 tərəf nisbətlərini qoruyacaq  “Galaxy Note 9” modeli “Samsung” şirkətinin barmaq izi skanerinin ekrana inteqrasiya olunduğu ilk smartfonu ola bilər.
 
Bildirilir ki, qurğunun aparat əsasını buraxılış regionundan asılı olaraq “Exynos 9810” və “Qualcomm Snapdragon 845” prosessorları təşkil edəcək.
 
“Samsung Galaxy Note 9” smartfonunun təqdimatı iyulun sonuna gözlənilir.
 
Qeyd edək ki, “Samsung” şirkəti smartfonlara tələbatın azalmasından narahatdır. Belə ki, bu yaxınlarda “Business Insider” nəşrinin analitikləri tərəfindən hesablamalar aparılaraq “Galaxy S9” modelinə tələbatın “Galaxy S2” smartfonuna nisbətən 1,5 dəfə az olması müəyyənləşdirilib.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL