100 dollarlıq çərçivəsiz smartfon təqdim edilib
“Huawei” şirkəti tərəfindən təqdim edilmiş “Honor 7S” smartfonu indi dəbdə olan çərçivəsiz dizaynda hazırlanıb.
Ön kamera öz işıqlandırıcısına malikdir. Smartfonda barmaq izləri skaneri quraşdırılmayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, “Huawei Honor 7S” smartfonu “HD+” (720x1440 piksel) təsvir ölçülü və tərəflər nisbəti 18:9 olan 5,45 düymlük ekran, 13 və 8 meqapiksellik kameralarla təchiz edilib.
Smartfon 1,5 QHz takt tezlikli dördnüvəli “MediaTek MT6739” prosessoru, 2 QB əməli və 16 QB-lıq daxili fləş yaddaşla təchiz edilib. Akkumulyator batareyasının tutumu 3020 milliamper/saata bərabərdir.
2 SİM-kart və “microSD” üçün ayrı-ayrı slotlar nəzərdə tutulub. Smartfon “Android 8.1 Oreo” sisteminin idarəetməsi altında işləyir. “4G VoLTE”, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.2”, “GPS” və “FM” radio dəstəklənir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL