waplog

Smartfon bazarında yüksəliş qeydə alınıb


2018-ci ilin birinci rübündə smartfonların qlobal satış həcmi yüksəlib. “Gartner”in analitiklərinin məlumatına görə, qurğuların son istifadəçilərə satışı 1,3% yüksələrək təxminən 384 milyona yaxınlaşıb. Ekspertlər mobil telefon bazarında saxlanılan durğunluğu nəzərə çatdırıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Gartner”in tədqiqatlar üzrə direktoru Anşul Qupta smartfon bazarında əsas tendensiyalar arasında premium-səviyyəli qurğulara zəif tələbatın olmasını  (yenilənmiş modellərdə cüzi dəyişikliklərə görə), aşağı və orta büdcəli (100-150 ABŞ dollarından aşağı) aparatların satış həcminin artmasını qeyd edib.

Smartfon bazarının lideri olan “Samsung” şirkətinin tədarük həcmi 78,8-dən 78,6 milyonadək azalıb. Bu, Çin şirkətləri tərəfindən rəqabətin güclənməsi ilə izah olunur. Analitiklər xəbərdarlıq ediblər ki, bu tendensiya 2018-ci ildə saxlanacaq, çünki Çin istehsalçıları ölkə xaricində satışlara davam edirlər.

İllik hesablama üzrə satış həcmini 124% artırmış “Xiaomi” şirkəti ilk beşlikdə yer almış brendlər arasında ən yaxşı nəticə göstərib. Yeni  modellər və sərfəli qiymət strategiyası “Xiaomi” şirkətinə 7,4%-lik bazar payı ilə 4-cü pilləyə yüksəlməyə imkan verib. 1 il əvvəl bu göstərici 3,4% səviyyəsində idi.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL