Yeni “Nokia 3.1” smartfonu təqdim edilib
“HMD Global” şirkəti “Nokia 3.1” smartfon modelini təqdim edib. Yeni qurğu ötən il buraxılan “Android” istehsal xəttinə aid “Nokia 3” modelini əvəz edəcək. “Nokia 3.1”, həmçinin ən ucuz çərçivəsiz “Nokia” smartfonu olacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, korpusu alümindən ibarət “Nokia 3.1” smartfonu “HD+” (720 x 1440 piksel) təsvir ölçülü və tərəflərinin nisbəti 18:9 təşkil edən 5,2 düym diaqonallı ekran, 13 meqapikselli əsas və 8 meqapikselli ön kamera ilə təchiz ediləcək.
Məlumata görə, yeni modelin aparat əsasını səkkiznüvəli “MediaTek 6750” prosessoru, 2 və ya 3 giqabaytlıq operativ və “microSD” formatlı yaddaş kartları ilə 128 giqabayt tutumadək genişləndirmə imkanına malik 16 və ya 32 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. “Android One (Oreo)” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonun akkumulyator tutumu 2990 milliamper/saata bərabərdir. Həmçinin qurğunun “Android P” sisteminədək yenilənməsi planlaşdırılır.
Bənövşəyi, qara və ağ rəng versiyalarında təklif olunan “Nokia 3.1” smartfonunun satışlarına iyunda başlanacağı gözlənilir. Yeni modelin qiyməti yaddaş tutumuna görə dəyişir (2+16 və 3+32 giqabayt versiyalarına görə müvafiq olaraq 139 və 169 avro).
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL