waplog

Ən möhkəm korpuslu smartfon məlum olub


“Tom's Guide” portalının versiyasına görə, “Motorola Moto Z2 Force” ən möhkəm korpusa malik smartfon seçilib.

“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, ekspertlər tərəfindən aparıcı istehsalçıların qurğuları davamlılığa görə sınaqdan keçirilib: smartfonlar 2 metr hündürlükdən taxta və beton səth üzərinə atılıb, eləcə də suda batırılıb. Testlərin nəticələrinə görə qurğu 10 ballıq şkala üzrə qiymətləndirilib.

Bildirilir ki, “Motorola” modeli 8,5 bal qazanıb. Bütün manipulyasiyalardan sonra smartfonun həm korpusu, həm də ekranı üzərində çatlar əmələ gəlməyib.  

Reytinqdə ikinci və üçüncü yeri “LG X Venture” (6,6 bal) və “Apple iPhone X” (6,2) tutub. Liderlər beşliyinə, həmçinin hərəyə 6 bal toplayan “LG V30” və “Samsung Galaxy S9” modelləri daxil olub.

Ekspertlər tərəfindən ən incə model kimi şkala üzrə 3,9 balla kifayətlənən “iPhone SE” seçilib.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL