waplog

Sensor ekranlı “MacBook” noutbukunun görünüşü məlum olub


“YouTube” servisinin “ConceptsiPhone” kanalında 2020-ci ildə buraxılacaq “MacBook” və “iPad” qurğularından ibarət yeni hibridin görünüşünü nümayiş etdirən video yerləşdirilib.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, qurğunun 360 dərəcə açılan iki hissədən ibarət olması onu noutbukdan hibrid planşetə çevirməyə imkan verir. Kompüter fiziki düymələrlə təchiz edilməyib və əyilə bilən bir böyük “OLED” ekrandan ibarətdir. Onun konstruksiyası sayəsində qurğunu noutbukdan planşetə və ya “iMac” monoblokuna ayırmaq olar. Video müəllifləri konsepti “MacPad Pro” adlandıraraq onun universallığını vurğulayırlar.

Xatırladaq ki, “Apple” şirkəti tərəfindən hibrid noutbukunun buraxılacağı ilə bağlı şayiələr ötən həftə yayılmağa başlayıb. Mənbələrin məlumatına görə, 2020-ci ildə şirkət sensor displey, SİM kart üçün çıxış və “ARM” mobil prosessoru ilə təchiz edilən “MacBook” noutbukunu təqdim edəcək. Qurğunun “iPhone” və ya “iPad” kimi “iOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcəyi gözlənilir.

Nizam Nuriyev
 
https://www.youtube.com/watch?v=9u5LONFuBbc



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL