waplog

Süni intellekt insanları yerişinə görə tanıyacaq


“StoofBD” adlanan yeni sistem insanları yerişinə görə səhvsiz müəyyənləşdirə bilir. Əvvəllər hazırlanan analoqundan 380 dəfə dəqiq olan sistem avtonom işləyir.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, Mançester Universiteti tərəfindən hazırlanan “StoofBD” sisteminin yaradıcısı bildirib ki, yerimə zamanı insanlar unikal yerişi formalaşdıran 24 müxtəlif hərəkətdən istifadə edirlər. Tanınma sisteminin yaradılması üçün 120 insanın 20 min addımından ibarət məlumat bazası formalaşdırılıb. Hər bir addım ölçülüb və onun şəkli yüksək təsvir ölçüsündə çəkilib.

Bundan başqa, addımlar xüsusi xalçalar vasitəsilə ölçülüb. Xalçalardan əldə edilən informasiya süni intellekt tərəfindən emal edilərək uyğunluqlar müəyyənləşdirilib. Məhz bu, sistemə dəqiq işləməyə imkan verir.

“StoofBD” sisteminin aeroportlarda və evdə təhlükəsizlik məqsədləri üçün tətbiqi nəzərdə tutulur. Bundan əlavə, sistemdən iş yerlərində fəaliyyətə nəzarət üçün istifadə mümkündür. Bunun üçün döşəmənin xüsusi xalçalarla döşənməsi və otağın yüksək təsvir ölçülü kameralarla təchiz edilməsi tələb olunur.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL