waplog

“Android” sisteminin dünya smartfonlar bazarında payı azalıb


“Gartner” analitik şirkəti 2018-ci ilin birinci rübündə “Android” əməliyyat sisteminin dünya smartfonlar bazarında payının azalmasını açıqlayıb. Lakin “Google” şirkətinə məxsus əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuların satış həcmində artım qeydə alınıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, mütəxəssislərin qiymətləndirməsinə görə, bu ilin yanvar-martında dünyada 329,3 milyon “Android” sistemli smartfon satılıb. 2017-ci ilin analoji dövründə bu göstərici 325,9 milyon təşkil edib. Ötən rübdə qlobal smartfonlar bazarında satış həcminin ümumilikdə 384 milyon qurğuya bərabər olması nəzərə alınmaqla “Android” sisteminin bazar payı 85,9 faiz təşkil edib. Bir il əvvəl bu göstərici 86,1 faiz olub.
 
“Apple iOS” əməliyyat sisteminə gəldikdə, onun mövqeyi həm ədədi, həm də faiz göstəricisində möhkəmlənib. “iPhone” smartfonlarının 54,06 milyon ədəd həcmində rüblük satışları “iOS” sistemini 14,1 faiz bazar payı ilə təmin edib. Bir il əvvəl “Apple” şirkətinin platformasının nəticələri 52 milyon qurğu və 13,7 faiz səviyyəsində olub.  
 
“Gartner” statistikası, həmçinin bazarda digər əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən smartfonların praktiki olaraq tükənməsini sübut edir. 2017-ci ilin yanvar-martında belə qurğuların satışı 607,3 min ədədə bərabər olub ki, bu da 0,2 faizə uyğundur. Bir il sonra alternativ platformalı smartfonların satışı 130 min ədədədək enib. Məhz bunu nəzərə alan “Gartner” şirkəti onların payını sıfır faiz səviyyəsində qiymətləndirib.
 
Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL