waplog

İsveçrəli alimlər robotlar üçün sinir sistemi hazırlayıblar


Müasir robot texnikası artıq kifayət qədər hərəkətlidir və robotlar çoxlu sayda müxtəlif hərəkətləri yerinə yetirmək qabiliyyətinə malikdirlər. Amma robotların əksəriyyəti müxtəlif obyektlərlə qarşılıqlı təmas zamanı çox vacib olan taktil həssaslıq hissindən məhrumdurlar. İsveçrədən olan mühəndislər qrupu tərəfindən hazırlanmış ultranazik elastik kabellər toxunuş zamanı elektron siqnalları ötürə bilir.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, bu həll Lozanna Federal Politexnik Məktəbinin mühəndisləri tərəfindən hazırlanıb və “Advance Materials” nəşri yazır ki, elastik kabellərin işləmə prinsipi insanın sinir toxumalarının işinə çox oxşardır. Yeni həllin əsasını təşkil edən optik lifin daxilində periferiyadan mərkəzə doğru onlarla  cərgə elektrodlar yerləşdirilib. Bunun sayəsində qurğu təzyiqə, toxunuşa və hətta zədələrə reaksiya verə bilər. "Sintetik sinir" müxtəlif taktil elektrodların müxtəlif dərinlikdə yerləşməsi sayəsində yüklənməni fərqləndirə bilir.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL