waplog

Bu platforma mobil əməliyyat sistemləri bazarında liderliyini qoruyub saxlayacaq


"Android" platforması smartfonlar üçün ən populyar əməliyyat sistemi olaraq qalır. Yaxın illərdə "Google"un platforması liderliyini qoruyub saxlayacaq və bazar payı təxminən 85% təşkil edəcək. Bu haqda "International Data Corporation" (IDC) analitik şirkətinin araşdırmasında deyilir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, ekspertlərin proqnozuna görə, 2018-ci ildə 1,24 milyard "Android" smartfonu çıxarılacaq ki, bu da ötən illə müqayisədə 0,5% azdır. "Android" sistemli qurğuların bazar payı 84,8% təşkil edib, halbuki "iOS" əməliyyat sistemi ilə işləyən "ağıllı" telefonların payı təxminən 15,1%-ə bərabərdir. Gözləntilərə görə, cari ildə "Apple" şirkəti 221,4 milyon telefon tədarük edəcək ki, bu da ötən illə müqayisədə 2.6% çoxdur. Digər platformaların payı yalnız 0,1% təşkil edəcək.
 
Hesabatda deyilir ki, 2018-2022-ci illərdə "Android" smartfonlarının satış həcmi 2,5% yüksələrək bu müddətin sonuna yaxın 1,4 milyardı ötəcək.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL