“NASA” ekzoplanetlər üzrə virtual turlar təşkil edir
ABŞ Kosmik Agentliyi (NASA) “The Exoplanet Travel Bureau” layihəsi çərçivəsində virtual reallıq rejimində ekzoplanetlərə səyahət etməyə imkan verən simulyator istifadəyə verib.
“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, hazırda simulyator vasitəsilə Dolça bürcündə “TRAPPIST-1e”, Qu bürcündə “Kepler-186f” və “Kepler-16b” kimi ekzoplanetlərə virtual səyahət etmək mümkündür. Yer kürəsindən 492 işıq ili məsafədə yerləşən “Kepler-186f” ekzoplanetinin radiusu bizim planetin radiusuna yaxındır. İki yüz işıq ili məsafədə yerləşən “Kepler-16b” qoşa ulduz sistemi ətrafında dövr edir, 40 işıq ili məsafədə yerləşən “TRAPPIST-1e” isə potensial baxımdan yaşayış üçün yararlı ekzoplanetlər sırasına daxildir.
Məlumata görə, istifadəçilər simulyatoru müxtəlif obyektlər üzərinə tuşlamaqla kosmik cisimlər haqqında məlumatlar əldə edə bilərlər.
Kosmik panoramlar elmi tədqiqat məlumatlarına əsaslanır, lakin teleskopların hazırda ekzoplanetlərin böyük şəkillərini çəkə bilməməsi səbəbindən əksər təsvirlər bədii təxəyyül nümunəsidir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL