Yadplanetlilərlə ünsiyyət üçün dil hazırlanacaq
Beynəlxalq astronomlar qrupu yaxın illərdə yadplanetlilərlə ünsiyyət üçün dünyada ilk universal dil hazırlamağı planlaşdırır.
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, “SETI” layihəsini təmsil edən alim linqvistlərin fikrincə, hazırlanan “qalaktikalararası” dil yadplanetlilərin Yer kürəsinə eniş edəcəyi təqdirdə onlara mühitə daha tez alışmağa imkan verəcək.
Məlumata görə, “SETI” layihəsinin astronomları son əlli ildə yerdənkənar sivilizasiyalarla əlaqə yaratmağa çalışırlar. Onlar ABŞ Kosmik Agentliyi (NASA) ilə əməkdaşlıqda universal dilin hazırlanması ilə təxminən 20 il məşğul olmağı nəzərdə tuturlar.
Astronomlar işi tamamladıqdan sonra güclü ötürücülər vasitəsilə kosmosa gəlmələr üçün yenidən məlumatlar göndərəcəklər.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL