Dünyada elektromobillərin sayı 125 milyona çatacaq
Dünya yollarında elektromobillərin sayı əsas ssenariyə görə, 2030-cu ilədək 125 milyon ədədə çatacaq, lakin onlara keçid sürəti müxtəlif ölkələrdə dövlət siyasətindən asılı olacaq. Bu barədə Beynəlxalq Energetika Agentliyinin proqnozunda deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, məlumata görə, 2017-ci ildə dünyada elektromobillərin sayı 54 faiz – təxminən 3,1 milyon avtomobilədək artıb.
Optimistik ssenariyə görə, dünyanın iqlim dəyişiklikləri ilə daha fəal mübarizə aparacağı və avtomobil istehsalı ilə məşğul olan şirkətlərin elektromobillərin istehsalı zamanı qənaət edə biləcəkləri təqdirdə 2030-cu ilədək onların ümumi sayı 220 milyon avtomobilədək artacaq.
Bununla belə, avtomobil nəqliyyatında elektrik mühərrikləri yaxın 20 ildə ənənəvi daxili yanma mühərriklərini üstələyə bilməyəcək.
Beynəlxalq Energetika Agentliyinin qiymətləndirməsinə görə, 2035-2040-cı illərdə dünyada avtomobillərin sayı 2 milyard təşkil edəcək.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL