waplog

Noutbuklar üçün yeni mobil prosessor daha sürətli işləyəcək


“Qualcomm” şirkəti “Computex 2018” sərgisi çərçivəsində yeni “Snapdragon 850” prosessorunu nümayiş etdirib. Yaxşı soyutma dərəcəsi ilə seçilən modelin “Windows” əməliyyat sisteminin idarəetməsi ilə işləyən yeni noutbuklarda quraşdırılması nəzərdə tutulur.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, çip fərdi kompüterlər üçün buraxılan “Snapdragon 835” prosessorunun təkmilləşdirilmiş versiyasıdır. Yeni prosessor quruluşuna görə bu ilin bütün qabaqcıl “Android” smartfonlarında tətbiq edilən populyar “Snapdragon 845” mobil çipinə bənzəyir. 845-ci modeldən fərqli olaraq qurğu 30 faiz daha sürətlidir, LTE internetini daha sürətli (20 faiz) təmin edir və enerji səmərəliliyi ilə fərqlənir. Çip nüvələrinin baza tezliyi 2600 və 2950 MHs təşkil edir.

“Qualcomm” nümayəndələrinin sözlərinə görə, 850-ci prosessor təkmilləşdirilmiş termal idarəetməsi ilə seçilir. Bu o deməkdir ki, prosessor daha tez soyuyur və buna uyğun olaraq stabil işləyir. Bunun sayəsində model maksimum tezliklərdə uzun müddət işləyir və qızmır.

İkinci rübdə satışa çıxarılacaq “Snapdragon 850” prosessorunun ilin sonunda noutbuklarda quraşdırılacağı gözlənilir.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL