waplog

Abşeron ərazisində ən böyük regional layihə reallaşır


"Aztelekom" İB-nin proqnozlarına görə, yaxın vaxtlarda Abşeron telekommunikasiya qovşağının inkişaf səviyyəsi şəhər şəbəkəsinin inkişaf səviyyəsinə çatacaq. Şəbəkənin tamamilə NGN texnologiyası əsasında qurulması işlərinin ardınca birlik Abşeron ərazisində ən böyük regional layihə reallaşdırır.

Abşeron TKQ-nın rəisi Əyyub İsmayılovun bildirdiyinə görə, birlik tərəfindən regionda ilk dəfə olaraq “Qurtuluş-93” qəsəbəsində yeni PON texnologiya tətbiq edilir. PON optik-lif xəttə genişzolaqlı multiservisli çıxış üçün perspektivli texnologiyadır.

Ə.İsmayılov bildirib ki, adıçəkilən yaşayış massivində qismən yaşayış olan 42-43 ədəd beşmərtəbəli birbloklu yaşayış evləri mövcuddur və ümumi yaşayış 25 faiz təşkil edir. Hazırda qəsəbədə yeni elektron ATS qurulması üçün bina tikilib, fiber optik kabel çəkilişi tamamlanmaq üzrədir.

Hazırda pilot layihə olaraq yaşayış massivində 12 binada PON texnologiyası üzrə kabelləşmə işləri aparılır. Qəsəbədə yeni 1024 nömrə tutumlu EATS-in qurulması üçün xətt şəbəkəsi tikinti işlərinə başlanılıb və hazırda podratçı təşkilat tərəfindən kabel-kanalizasiya quyularının tikintisi davam edir.

Ə.İsmayılov bildirib ki, ADSL və PON abonentləri arasında telekommunikasiya xidmətlərinin istehlakı strukturundakı əsas fərq sonuncular üçün xidmət seçiminin daha çox olmasıdır “.

ADSL istifadəçisi bir xidmətdən (internet şəbəkəsinə genişzolaqlı çıxış) istifadə edirsə, PON abonentlərinə eyni anda bir neçə xidmətdən əlverişli şərtlərlə istifadə təklif olunur (telefon, televiziya və internet şəbəkəsinə çıxış)”.

Qeyd edək ki, "Aztelekom"un şəbəkəsinin əlavə kommutasiya avadanlıqları hesabına genişləndirilməsi operatora telefon xidmətləri ilə yanaşı, müasir abonent xidmətləri və əlavə rabitə xidmətlərinin əhatəsini genişləndirmə imkanı verir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL