waplog

64 giqabaytlıq “Samsung RDIMM” modullarının istehsalına başlanılıb


“Samsung Electronics” şirkəti serverlərdə istifadə üçün nəzərdə tutulan “RDIMM” (Registered Dual In-line Memory Module) operativ yaddaş modullarının kütləvi istehsalına başlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, modullar 16 giqabit tutumlu monolit çiplər tətbiq edilməklə hazırlanıb. Modulların tutumu 64 giqabayt təşkil edir. Bu, sahədə qeyd edilən xüsusiyyətlərə malik ilk həllərdir.

Məlumata görə, iritutumlu, o cümlədən 16 giqabitlik monolit mikrosxemlərin tətbiqi azsaylı çiplərə malik operativ yaddaş modulu və altsistemləri yaratmağa imkan verir ki, bu da enerji sərfiyyatının azalmasına xidmət edir.  

Bildirilir ki, buraxılan həllər məlumatların 2666 məlumat transfer saniyə sürətində ötürülməsi üçün nəzərdə tutulub. Perspektivdə bu göstəricinin artacağı gözlənilir.

Yeni “Samsung” yaddaş modullarından istifadə edən ilk server platforması “AMD EPYC 7000” prosessor əsaslı “HPE ProLiant DL385 Gen10” sistemi olacaq.

“Samsung Electronics” nümayəndələri, həmçinin bildirib ki, tezliklə əsasını 16 giqabitlik çiplər təşkil edəcək 256 giqabayt tutumlu “DIMM” yaddaş modullarının sınaq tədarüklərinə başlamaq planlaşdırılır.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL