waplog

Qlobal rəqəmli transformasiya xərcləri 1 trilyon dolları ötəcək


“International Data Corporation” (IDC) tədqiqat şirkəti 2018-ci ildə biznes və məhsulların rəqəmli transformasiyasını təmin edən texnologiya və servislər üçün dünya xərclərinin 2017-ci ildəki 958 milyard dollardan 16,8 faiz – 1,1 trilyon dollaradək artacağını proqnozlaşdırır.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, rəqəmli transformasiya üçün xərclərin əksər hissəsi diskret və fasiləsiz istehsal müəssisələrinin payına düşəcək. Həmçinin belə şirkətlər oxşar layihələrin həyata keçirilməsi üçün prioritet, proqram və ssenariləri müəyyənləşdirəcək.

Ekspertlərin proqnozuna görə, 2018-ci ildə istehsal müəssisələri tərəfindən rəqəmli islahatları təmin edən həllərə 333 milyard dollar sərf olunacaq. Bu, dünyada belə təşəbbüslər üçün ümumi xərclərin təxminən 30 faizini təşkil edəcək.

Texnologiyalar baxımından iri xərc kateqoriyaları əlavələr, kommunikasiya servisləri və İT xidmətləri olacaq. Çünki istehsalçılar rəqəmli platformaları rəqəmli iqtisadiyyatda rəqabət qabiliyyətini dəstəkləmək üçün qururlar.

İstehsal sektorunda əsas məqsəd və prioritetlər materialların optimallaşdırılması üçün nəzərdə tutulan proqramların, aktivlərin intellektual idarəetməsinin və avtonom əməliyyatların daxil olduğu “ağıllı” texnologiyaların tətbiqi ilə əlaqədardır.

Diskret və fasiləsiz istehsal müəssisələrinin 2018-ci ildə “ağıllı” istehsala 115 milyard dollar investisiya yatıracağı gözlənilir.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL