Qlobal virtual reallıq qurğular bazarının tədarük həcmi 16% yüksəlib
“Canalys” analitik şirkətinin məlumatına görə, 2018-ci ilin birinci rübündə virtual reallıq (virtual reality, VR) qurğularının qlobal tədarük həcmi illik hesablama üzrə 16% yüksələrək 650 min təşkil edib.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, öz displeyləri ilə təchiz edilmiş və məhsuldar kompüterlərə kabel qoşulmasını tələb etməyən avtonom virtual reallıq qurğularının sayəsində artım qeydə alınıb. 2018-ci ilin yanvar-martında “HTC Vive Focus” və “Pico Neo CV” kimi modellərin tədarük həcmi 2017-ci ilin dördüncü rübü ilə müqayisədə 234% yüksəlib. Müqayisə üçün, kompüterə qoşulan VR-qarnitur seqmentində artım yalnız 2% təşkil edib.
Avtonom VR-qurğular xüsusilə Çin bazarında sürətlə populyarlıq qazanır. “Canalys” şirkətinin qiymətləndirməsinə görə, Çində belə qurğuların tədarükü 200% yüksələrək 94 min olub ki, bu da qlobal tədarük həcminin 82%-ni təşkil edir.
Ekspertlər bildiriblər ki, təxminən 31% bazar payına malik ABŞ virtual reallıq qurğularının tədarükü üzrə liderdir. Ötən ilin son rübündə Çinin virtual reallıq qurğuların bütün növləri üzrə qlobal payı 28% təşkil edib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL