Brayl displeyləri üçün standart yaradılıb
“USB” texnologiyasının inkişafı və tanıdılması ilə məşğul olan “USB-IF” təşkilatı zəif görən və gözdən əlil insanlara kompüterdən istifadəyə imkan verən Brayl ekranları üçün “USB HID” (Human Interface Device) standartını təqdim edib. Layihənin hazırlanmasında “Apple”, “Microsoft” və “Google” kimi böyük texnoloji şirkətlər iştirak edir.
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, universal standart istehsalçı və tərtibatçılar tərəfindən hər əməliyyat sistemi üçün xüsusi proqram təminatı və kompüter proqram təminatının yaradılmasını sadələşdirəcək, istifadəçilərə isə displeyləri “Windows”, “Mac” və “Android” platformalı həm fərdi kompüterə, həm də mobil qurğulara qoşmağa imkan verəcək.
Məlumata görə, yeni təşəbbüs sayəsində Brayl displeylərini tez və asan müxtəlif qurğulara qoşmaq mümkün olacaq ki, bu da onlardan istifadəni daha rahat edəcək. Standartın tətbiqi 2019-cu ilə planlaşdırılır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada görmə qüsurlu insanların sayı 253 milyon təşkil edir.
Fiziki xüsusiyyətlərindən asılı olmayaraq insanlara kömək edən və onların həyatını yaxşılaşdıran texnologiyaların yaradılması “Microsoft” korporasiyası üçün vacib məsələlərdəndir. Bundan əvvəl korporasiya tərəfindən “AI for Accessibility” proqramı istifadəyə verilib. Proqram çərçivəsində fiziki imkanları məhdud insanlara kömək üçün süni intellekt əsasında texnoloji həllərin inkişafına 25 milyon dollar məbləğində investisiya qoyulub.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL