Danışıq rejimində 22 saatadək işləyən möhkəm korpuslu smartfon təqdim edilib
Akkumulyator istehsalı ilə məşğul olan tanınmış “Energizer” şirkəti davamlılıq üçün nəzərdə tutulmuş yeni “Hardcase H500S” smartfonunu təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “ilenta.com” saytına istinadən yazır ki, bu, “IP68” standartına malik nazik, amma möhkəm korpusla təchiz edilmiş kifayət qədər təhlükəsiz telefondur: su və toza qarşı dayanıqlıdır, 30 dəqiqə müddətində 1,2 m-dək dərinliyində olan suda qala bilir.
Bundan başqa, qurğu 1 metr hündürlükdən yerə düşərkən sınmır, displeyi “Gorilla Glass” müdafiəsinə malikdir. Sözügedən smartfonun qalınlığı 10 mm təşkil edir. Displey HD formatlı 5 düymlük paneldən ibarətdir. Az enerji sərf edən ekran 3000 milliamper/saat tutumlu litium akkumulyatoruna aparatın danışıq rejimində 22 saatadək işləməsinə imkan verir.
Aparat 1,3 QHs takt tezliyində işləyən dördnüvəli “MediaTek MT6737” prosessoru, 2 QB əməli yaddaş və 16 QB daxili yaddaşla təchiz edilib. Arxa paneldə 13 meqapiksellik əsas kamera, ön paneldə isə 5 meqapiksellik kamera quraşdırılıb. “Android 7.0 Nougat” sisteminin idarəetməsi altında işləyən “Energizer Hardcase H500S” smartfonuna, həmçinin 2 ədəd SİM kartın işlədilməsi üçün hibrid slot qurulub.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL