waplog

“Microsoft” korporasiyası: “Fərdi kompüterlər virtual reallıq üçün ən yaxşı platformadır”


“Microsoft” korporasiyasının oyunlar bölməsinin marketinq üzrə direktoru Mayk Nikols “Gamesindustry.biz” resursuna müsahibədə “Xbox” oyun qurğusu üçün virtual və ya qatışıq reallıqla bağlı planlarının olmamasını bildirərək fərdi kompüterləri virtual reallıq üçün ən yaxşı platforma hesab etdiyini qeyd edib.  

“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, ötənilki “Electronic Entertainment Expo” (E3) elektron əyləncələr sərgisində “Xbox” bölməsinin rəhbəri Fil Spenser etiraf edib ki, onlar virtual reallıq əyləncələrinin gələcəyinə inansalar da, bu texnologiya illər sonra kütləvilik qazanacaq. Onun sözlərinə görə, virtual reallıq qurğuları minimum naqilsiz olmalıdır.

“Hazırda bunun üçün xüsusi adapterlər mövcuddur, lakin bu əyləncə bahadır”, - o qeyd edib.  
“Microsoft”, həmçinin tərəfdaşlarla birlikdə “Windows Mixed Reality” platforması üçün virtual reallıq kaskalarının inkişaf etdirilməsi ilə məşğuldur.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL