waplog

“AzInTelecom” Azərbaycandakı Amerika Ticarət Palatasına üzv oldu


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom" MMC Azərbaycanda nüfuzlu şirkətlərin təmsil olunduğu Amerika Ticarət Palatasına ("AmCham Azərbaycan") üzv oldu. Bu işbirliyi tərəflər arasında işgüzar əlaqələrin genişləndirilməsi və palata üzvlərinin "AzInTelecom"un təklif etdiyi unikal xidmətlər və bizneslər üçün yaratdığı imkanlar haqqında daha ətraflı məlumat əldə etməyə imkan verəcək. Ölkədə biznes mühitinin təkmilləşdirilməsinə yönələn bu əməkdaşlıq, müxtəlif yönlü sosial-iqtisadi layihələrdə iştirak məqsədi daşıyır.

Azərbaycandakı Amerika Ticarət Palatasına üzvlük "AzInTelecom"a xarici təşkilatlarla əməkdaşlıq edərək ölkəmizin İT xidmətlərinin xaricə ixracı üçün perspektiv, tanınmış yerli şirkətlərlə daha yaxından tanış olaraq birgə fəaliyyət imkanlarını dəyərləndirmək, xarici bizneslərin uğurlu təcrübəsindən faydalanmaq və bir sıra digər imkanlar yaradır.

Bundan başqa, "AzInTelecom"un palata tərəfindən təşkil olunan brifinq və konfranslar, xüsusilə də İKT Komitəsinin işində fəal iştirakı yerli bizneslə dialoq kanallarını artırmaqla fəaliyyətinin effektivliyini çoxaltmağa şərait yaradacaq.

Qeyd edək ki, 1996-cı ildə yaradılmış "AmCham Azərbaycan" ölkə iqtisadiyyatının bütün sektorlarında fəaliyyət göstərən şirkətləri özündə birləşdirən qeyri-kommersiya fəaliyyətli biznes assosiasiyasıdır. Xarici investisiyaların 80%-ni və yerli biznesin əhəmiyyətli hissəsini təmsil edən təşkilatın əsas məqsədi Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması və hökumət ilə özəl sektor arasında körpü rolunu oynamaqdır.  



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL