waplog

ABŞ Yer kürəsinin asteroidlərdən qorunması üçün səyləri artırır


ABŞ hökuməti Yer kürəsində regionları və ya qitələri məhv edə biləcək asteroidlərdən qorunmaq üzrə səyləri aktivləşdirməyi planlaşdırır. Belə ki, Elm və Texnika üzrə Milli Şura tərəfindən özündə asteroidlərin aşkarlanması, izlənilməsi və məhv edilməsi üzrə proqramın sürətləndirilməsinə çağırışı əks etdirən hesabat dərc edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, təşəbbüs ABŞ Kosmik Agentliyi (NASA) və ABŞ hökuməti tərəfindən dəstəklənir. “NASA” ekspertləri izah edib ki, təhlükə törədə biləcək yerətrafı obyektlərə orbitdə Yerdən 48 milyon km radiusda yerləşən asteroid və kometalar daxildir. Hazırda alimlər hansı asteroid və ya kometaların Yerə doğru hərəkət etməsi barədə məlumatlı olmasalar da, bu, tam gözlənilməz halda müəyyənləşdirilə bilər.  

Agentliyin planetar mühafizə üzrə mütəxəssisi Lindli Conson bildirib ki, alimlər tərəfindən uzunluğu 1 km və ya daha böyük yerətrafı obyektlərin 95 faizi aşkar olunub. Lakin digər 5 faiz və kiçik meteoritlər hələ də planetə ciddi ziyan vura bilər.

Sənəddə asteroidlərlə toqquşma riskinin azaldılması üçün beş strateji məqsəd qeyd olunub. Məqsədlərə obyektlərin aşkarlanması və müşahidəsi metodlarının təkmilləşdirilməsi, toqquşma vəziyyətinin modelləşdirilməsinin yaxşılaşdırılması, yerətrafı obyektlərin uzaqlaşdırılması üçün texnologiyaların hazırlanması, məsələ ilə bağlı beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qəza fəaliyyət planının yaradılması daxildir. L.Consonun sözlərinə görə, bəşəriyyət asteroidlərin təhlükəsini minimuma endirəcək elmi və texniki imkanlara malikdir.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL